Baş nazir xalqdan üzr istədi

Baş nazir xalqdan üzr istədi
  22 İyun 2017    Oxunub:2171
Böyük Britaniyanın baş naziri Tereza Mey xalqdan üzr istəyib.
AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, baş nazir “Grenfell Tower” yaşayış binasında baş verən yanğından zərərçəkənlərə lazımi köməklik göstərilmədiyinə görə məyus olduğunu deyib.

Faciə zamanı həlak olan sakinlərin ailə üzvləri ilə görüşmədiyi üçün tənqid olunan baş nazir hər kəsdən üzr istədiyini bildirib.

“İnsanlara ehtiyac duyduqları vaxt yardım etməliydik. Baş nazir olaraq bu uğursuzluğa görə üzr istəyirəm”,

Qeyd edək ki, iyunun 14-də Londonun qərbində “Grenfell Tower” yaşayış binasında yanğın baş verib. Yanğın nətivəsində 79 nəfər həlak olub, onlarla insan yaralanıb.

AzVision.az


Teqlər: Britaniya   Tereza-Mey   Baş-nazir  





Xəbər lenti