Almaniya "İncirlik"dən çıxır - Bundestaq təsdiqlədi

Almaniya "İncirlik"dən çıxır - Bundestaq təsdiqlədi
  22 İyun 2017    Oxunub:1367
Almaniya Bundestaqı Hərbi Hava Qüvvələrinin Türkiyənin "İncirlik" aviabazasından çıxarılması haqqında qərarı təsdiqləyib.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 569 deputatın iştirak etdiyi səsvermədə 461 deputat lehinə, 85 əleyhinə səs verib, 23 deputat isə bitərəf qalıb.

Qeyd edək ki, Almaniya hakimiyyəti qoşunlarının "İncirlik" hərbi bazasından çıxarılması zamanı ölkənin İŞİD-ə qarşı hərbi əməliyyatlarda iştirakını müvəqqəti dayandırdığını və buna görə Türkiyənin məsuliyyət daşıdığını bəyan etmişdi.

AzVision.az


Teqlər: Almaniya   Bundestaq   İncirlik  





Xəbər lenti