İrəvanda üsyan çağırışı: “Silahlanın, Serji məhv edin”
“Mən üsyana çağırıram, silah götürün və Serji, onun bandasını fiziki məhv edin”, - Avetisyan İrəvanın Nor Norkinzibati rayon məhkəməsində keçirilən proses zamanı çağırış edib.
Məhkəmə prosesi kifayət qədər gərgin keçir və tez-tez zalda qarşıdurmalar yaranır. Proses zamanı qrup üzvlərinin vəkilləri hakimin qanunsuz hərəkətlərinə etiraz ediblər. Bu vaxt Varujan Avetisyan da silahlı üsyana çağırış edib və hakim onun prosesdən kənarlaşdırılmasına dair qərar verib. Fasilədən sonra onu yenidən zala qaytarıblar.
AzVision.az
Teqlər: Ermənistan Sarkisyan