Diplomatın 15 yaşlı qızına təcavüz edilib

Diplomatın 15 yaşlı qızına təcavüz edilib
  22 İyun 2017    Oxunub:2223
Almaniyanın Türkiyədəki səfirliyində çalışan diplomatın 15 yaşlı məktəbli qızı təcavüzə məruz qalıb.
AzVision.az-ın Türkiyə KİV-lərinə istinadən verdiyi xəbərə görə, hadisə qızın oxuduğu məktəbin qarşısında baş verib.

Adı açıqlanmayan diplomat hadisə ilə bağlı dərhal polisə məlumat verib. Şikayətdən sonra əraziyə cəlb olunan polislər müşahidə kameralarına baxış keçirərək, təcavüzkarın kimliyini müəyyən ediblər.

Məlum olub ki, təcavüzkar Hollandiyanın Türkiyədəki səfirliyinin təhlükəsizlik xidmətində işləyən 33 yaşlı Onur.Ö-dür.

Çirkin əməlini boynuna almayan Onur.Ö həbs olunub.

Kənan Məmmədov
AzVision.az


Teqlər: Türkiyə   Təcüavüz   Almaniya   Səfirlik  





Xəbər lenti