Bəxtiyar Hacıyev də Milli Şuranın namizədini dəstəkləmədi

Bəxtiyar Hacıyev də Milli Şuranın namizədini dəstəkləmədi
  05 Sentyabr 2013    Oxunub:1384
Gənc fəal Bəxtiyar Hacıyev bu il prezident seçkilərində Milli Şuranın namizədini deyil, REAL hərəkatının sədri İlqar Məmmədovu dəstəkləyib. Bu barədə Bəxtiyar Hacıyev öz facebook profilində yazıb.
`Mən hamını bu seçkidə rəqabətin maksimum həddə olması üçün çalışmağa səsləyirəm.

Uzun sözün qısası, REAL hərəkatının həbsdə olan sədri İlqar Məmmədovun imza kampaniyasına 100 imza ilə töhfə vermək istəyirəm. Caspian Plazada çalışan, bura kursa gələn şəxslərdən imza atmaq və qısaca görüşmək istəyənlər mənə inboxa yazsınlar, işə, kursa gələndə şəxsiyyət vəsiqələrini də götürsünlər`- deyə gənc fəal müraciət edib.

AzVision.az


Teqlər:  





Xəbər lenti