Bakı və İrəvana çağırış: "Atəşkəsin pozulması yolverilməzdir"

Bakı və İrəvana çağırış: "Atəşkəsin pozulması yolverilməzdir"
  22 İyun 2017    Oxunub:3002
“Biz ATƏT-in Minsk qrupunun həmsədrləri ilə birlikdə dəfələrlə bəyan etmişik ki, atəşkəs rejiminin pozulması yolverilməzdir və bu, sülh prosesini sarsıdır”.
AzVision.az erməni KİV-nə istinadən xəbər verir ki, bunu hazırda ATƏT-ə sədrlik edən Avstriyanın bu təşkilatdakı nümayəndəliyinin mətbuat katibi Helen Şpitser bildirib.

Azərbaycan və Ermənistan qoşunlarının qarşıdurma xəttində son zamanlar atəşkəsin pozulmasını şərh edən Şpitser vurğulayıb: “Biz həmsədrlərin iyunun 19-da verdikləri bəyanatına əsaslanaraq, onların vasitəçilik səylərini tam dəstəkləyirik. Həmsədrlərin nizamlanma prosesinin irəliləməsi ilə bağlı bəyan etdikləri təkliflər ATƏT-in sədri kimi bizim məsələyə yanaşmamıza tam uyğundur”.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: ATƏT   Ermənistan   Azərbaycan   Atəşkəs   Qarabağ  





Xəbər lenti