Əhməd Oruc Milli Şuradakıları "julik yığını" adlandırdı

Əhməd Oruc Milli Şuradakıları "julik yığını" adlandırdı
  05 Sentyabr 2013    Oxunub:1679
Əhməd Oruc Milli Şurada təmsil olunan partiyaları onlara qarşı əks-təbliğat aparmaqda suçladı.
Prezidentliyə namizəd, Azadlıq Partiyasının sədri Əhməd Oruc imza toplama prosesinin yekunlaşdığını deyib.

Prezidentliyə namizəd, hazırda vərəqlərin yoxlanması prosesinin getdiyini bildirib: "Çox çətin bir prosesdən keçirik. Xalqda böyük xof, inamsızlıq hökm sürür".

Ə.Oruc Milli Şurada təmsil olunan partiyaları, onlara qarşı əks-təbliğat aparmaqda ittiham edib: "Bundan başqa Milli Şuraya yığılmış, cüzi pula belə satılmağa hazır olan, bir seçki dövründə yüz qapıdan sədəqə götürən "julik yığını" da bizim əleyhimizə təbliğat aparır".(anspress)


Teqlər:





Xəbər lenti