Fransa prezidenti Trampı tənqid etdi: "Diskomfort mənbəyidir"

Fransa prezidenti Trampı tənqid etdi: "Diskomfort mənbəyidir"
  22 İyun 2017    Oxunub:2299
ABŞ prezidenti Donald Trampın beynəlxalq siyasətdə gözlənilməzliyi dünya birliyi üçün diskomfort mənbəyidir.

AzVision.az “Soir” nəşrinə istinadən xəbər verir ki, bunu Fransa prezidenti Emanuel Makron bildirib.
“Çətinlik bundadır ki, bu gün Tramp hələ beynəlxalq siyasət üçün konseptual əsas hazırlamayıb. Ona görə də onun siyasət gözlənilməz ola bilər və bu dünya üçün diskomfort mənbəyidir”, - deyə Makron qeyd edib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Makron   Tramp  





Xəbər lenti