Daha bir terror: 24 ölü, 60 yaralı

Daha bir terror: 24 ölü, 60 yaralı
  22 İyun 2017    Oxunub:1327
Əfqanıstanın Ləşkərgah şəhərində bankın yaxınlığında terror aktı törədilib.
AzVision.az “Reuters”-ə istinadən xəbər verir ki, partlayış nəticəsində ən azı 24 nəfər həlak olub.

Hadisə zamanı 60 nəfər müxtəlif bədən xəsarətləri alıb. Məlumata görə, xəsarət alanlar arasında həm hərbçilər, həm də dinc sakinlər var.

Yaralıların vəziyyəti ağır olduğundan ölənlərin sayının artacağı istisna edilmir.

Partlayışa görə məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Əfqanıstan   Terror  





Xəbər lenti