37 yaşlı şimpanze 10 min dollar qazandı

 37 yaşlı şimpanze 10 min dollar qazandı
  05 Sentyabr 2013    Oxunub:2591
ABŞ-da dililə şəkil çəkən meymun incəsənət müsabiqəsinin qalibi kimi 10 min dollarlıq mükafata layiq görülüb.
Brent ləqəbli şimpanzenin işləri sarı, qırmızı, bənövşəyi, göy və mavi rəngli boya ləkələrindən ibarətdir.

Müsabiqənin sponsoru Heyvanların Müdafiə Cəmiyyətidir.

Mükafat ödənişi 37 yaşlı şimpanzenin yaşadığı zooparka veriləcək.

İncəsənət müsabiqəsinin 2-ci və 3-cü yerinə Cheetah və Ripley ləqəbli şimpanzelər layiq görülüblər.

Münsiflər heyətinin üzvü və təbiəti mühafizə üzrə tanınmış mütəxəssis Jane Goodall Cheetah-nın 5 min dollarlıq mükafatının üstünə öz tərəfindən 5 min dollar əlavə edib.

3-cü yerdə gələn Ripley-ə 2 min yarım dollar təqdim olunub.




Teqlər:





Xəbər lenti