“Ailəmizdə heç kim kral olmaq istəmir” – Şahzadə

“Ailəmizdə heç kim kral olmaq istəmir” – Şahzadə
  22 İyun 2017    Oxunub:3336
Böyük Britaniya taxtının vəliəhdlərindən heç biri hökmdar olmaq istəmir.
AzVision.az “BBC”-yə istinadən xəbər verir ki, bunu ABŞ-ın "Newsweek" jurnalına müsahibəsində Böyük Britaniya kraliçasının II Elizabet nəvəsi, şahzadə Harri bildirib.

“Kral ailəsində kimsə kral və ya kraliça olmaq istəyən varmı? Düşünmürəm”, -deyən Harri əlavə edib ki, istəklərindən asılı olmayaraq Britaniya Kral ailəsinin bütün üzvləri vaxtı gələndə öz səlahiyyətlərini yerinə yetirməyə hazırdırlar.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Böyük-Britaniya  





Xəbər lenti