Kəmaləddin Heydərov əfqanistanlı nazirlə görüşüb

Kəmaləddin Heydərov əfqanistanlı nazirlə görüşüb
  05 Sentyabr 2013    Oxunub:1035
Bu gün Azərbaycan Respublikasının fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Əfqanıstan İslam Respublikasının neft və təbii ehtiyatlar naziri Vahidullah Şahraninin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Fövqəladə Hallar Nazirliyindən AzərTAc-a bildirmişlər ki, görüşdə nazir qonaqlara respublikada fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində görülən işlər, nazirliyin strukturuna daxil olan qurumların fəaliyyəti barədə ətraflı məlumat verib.

Eyni zamanda, hər iki ölkənin müvafiq qurumları arasındakı əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

Qonaq öz növbəsində ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafından məmnunluğunu ifadə etmiş və hər iki dövlətin müvafiq qurumları arasında mövcud əməkdaşlığın daha da genişləndirilməsinin zəruriliyini bildirib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş müzakirələr aparılıb.


Teqlər:





Xəbər lenti