«Bulla-dəniz» yatağında hər gün 3 milyon kubmetr qaz yanır
Məlumatda qeyd edilir ki, ARDNŞ-in və ABŞ-ın «Halliburton» şirkətinin «BOOTS&COOTS» servis xidmətinin mütəxəssisləri bir yerdə özülə qalxaraq, quyunun ağzını təftiş ediblər.
Xüsusi cihazlar vasitəsilə ölçü işləri aparılıb. Gündəlik quyudan çıxan qazın təqribən 2.5-3 milyon kubmetr həcmində olduğu müəyyənləşib.
«Bulla-dəniz» yatağındakı 90 saylı qaz quyusunda avqustun 18-də yanğın baş verib. Yanğını hələ də söndürmək mümkün olmayıb.
AzVision.az