Azərbaycan gəmiləri Rusiya sahillərində - FOTOLAR

 Azərbaycan gəmiləri Rusiya sahillərində - FOTOLAR
  05 Sentyabr 2013    Oxunub:2742
Azərbaycan Hərbi Dəniz Qüvvələrinin gəmiləri Həştərxanda dostluq səfərindədirlər. Azərbaycanın üç gəmisini “Volqodonsk” kiçik artilleriya gəmisi qarşılayıb
Azərbaycanın Hərbi Dəniz Qüvvələrinin komandanı, vitse-admiral Şahin Sultanov Rusiyanın Xəzər donanmasının komandanı, vitse-admiral Sergey Aleksinski və Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkinlə görüşüb.

Azərbaycan dənizçiləri Həştərxan ekskursiyasına çıxıblar, şəhərin görməli yerlərini gəziblər. Həştərxan sakinləri isə Azərbaycan dənizçilərinin xidmət və məişət şəraiti ilə tanış olublar. Bir günlük səfər Ahərbaycan Hərbi Dəniz Qüvvələri və Xəzər donanması qərargahının orkestrlərinin birgə konserti ilə başa çatıb.

Qalereya




Teqlər:  





Xəbər lenti