Qənirə Paşayeva:`Sərt qanun qəbul etməliyik`

Qənirə Paşayeva:`Sərt qanun qəbul etməliyik`
  05 Sentyabr 2013    Oxunub:1542
Millət vəkili Qənirə Paşayeva facebook profilində “Space” telakanalının aparıcısı Zamirə Dadaşovanın xəstəxanada üzləşdiyi problemlərə münasibət bildirib.
"Space" televiziyasının aparıcısı Zamirə Dadaşovanın başına gələnlər və onun şikayəti ilə bağlı yayılan məlumatları bir az əvvəl oxudum. Çox üzüldüm.İlk oncə Zamirə xanıma keçmiş olsun deyir və belə bir bənzər hadisəni bir daha heç bir zaman yaşamamasını diləyirəm. Hesab edirəm ki, onun şikayəti çox ciddi araşdırılmalıdır. Əgər günahkarlar varsa onlar ciddi cəzalandırılmalıdır. Müdriklər "cəzasız qalan bir cinayət mütləq digərini doğurar"deyiblər. Ona görə də Zamirı xanımın şikayətinin ciddi araşdırılması vacibdir. Parlament olaraq biz isə "Pasientin hüquqlarının müdafiəsi haqqında" Qanunu qəbul etməliyik. Mən hər zaman çox ciddi və sərt, gücllü işlək mexanizmli belə bir qanunun qəbul olunmasının tərəfdarı olmuşam və bu məsələni qaldırmışam. İnşallah yaxın zamanlarda belə bir qanun qəbul olunar. Ümumiyyətlə isə bu istiqamətdə hər bir vətəndaşımızın şikayıtləri ciddi araşdırılmalıdır. Unutmamalıyıq ki, bir gün Zamirə xanımın yerində və vəziyyətində bizim ailə üzvlərimizdən biri, özümüz də ola bilərik... Zamirə xanıma bir daha keçmiş olsun deyirəm.


Teqlər:  





Xəbər lenti