İraqdakı partlayışda 9 nəfər ölüb

İraqdakı partlayışda 9 nəfər ölüb
  23 İyun 2017    Oxunub:1021
İraqın qərbində yerləşən Ənbar əyalətində partlayış baş verib.
AzVision.az-ın məlumatına görə, partlayış nəticəsində aralarında hərbiçilərin də olduğu 9 nəfər həlak olub.

Partlayış əraziyə daxil olan kamikadzelərdən birinin özünü partlatması nəticəsində qeydə alınıb.

Ərazidə olan hərbçilərin digər terrorçuları zərərsizləşdirdiyi bildirilir.

Kənan Məmmədov
AzVision.az


Teqlər: İraq   partlayış  





Xəbər lenti