Saakaşvili Naxçıvanda - FOTOLAR, VİDEO

Saakaşvili Naxçıvanda - FOTOLAR, VİDEO
  01 Mart 2013    Oxunub:3107
Gürcüstan prezidenti Mixail Saakaşvili Azərbaycana rəsmi səfəri çərçivəsində fevralın 28-də Naxçıvan Muxtar Respublikasında olub.
Naxçıvan Beynəlxalq Hava Limanında Prezident Mixeil Saakaşvilini Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov qarşılayıb.

Gürcüstan prezidenti ilə görüşü zamanı muxtar respublika Ali Məclisinin sədri Vasif Talıbov Saakaşvilini Azərbaycanın qədim Naxçıvan diyarında salamlamaqdan məmnun olduğunu bildirib. Görüşdə qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılıb.

Daha sonra Mixail Saakaşvili Naxçıvan şəhərini gəzib. Şəhərlə tanışlıq Heydər Əliyevin Naxçıvandakı abidəsinin ziyarət edilməsi ilə başlanıb. Sonra ali qonaq Heydər Əliyev Muzeyi ilə tanış olub, Heydər Əliyevin zəngin siyasi fəaliyyətinə həsr olunmuş filmə baxıb.

Gürcüstan Prezidenti Naxçıvan Dövlət Universitetinin (NDU) beynəlxalq münasibətlər və xarici dillər fakültəsində təhsil alan tələbələrlə görüşüb.

Naxçıvan ilə tanışlıq çərçivəsində “Gəmiqaya” mebel fabrikində gələn Gürcüstan prezidenti burada hazır məhsullara baxıb, istehsal prosesi ilə tanış olub.




Qalereya




Teqlər:  





Xəbər lenti