Dövlət başçısı Masallıya gedib
Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov Prezident İlham Əliyevə məlumat verdi ki, Ümummilli Liderin adını daşıyan park yenidən qurulub.
2011-ci ildə Heydər Əliyev Muzeyinin bazasında Heydər Əliyev Mərkəzi yaradılıb.
Parkda rayon sakinləri və qonaqların mənalı istirahəti üçün hər cür şərait yaradılıb.
İlham Əliyev Masallıda Heydər Əliyev Mərkəzinin, əsaslı təmirdən sonra Masallıda Mədəniyyət Mərkəzinin və Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının yeni inşa olunan inzibati binasının açılışında iştirak edib.
AzVision.az