Ərdoğandan qəzəbli çıxış: "Sübut edə bilməsəniz, alçaqsınız"

Ərdoğandan qəzəbli çıxış: "Sübut edə bilməsəniz, alçaqsınız"
  24 İyun 2017    Oxunub:6035
“Bu milləti şantajla, təhdidlə, gizli və ya açıq tələlərlə aldatmayacağını görüb başqa yollara əl atanlar gündəm formalaşdırmağa çalışırlar. CHP-nin qrup rəhbəri qeyd edir ki, 3,5 milyard dollar sərvətim var. Özünü icraçı direktor adlandıran biri isə çıxıb “mən namusluyam” deyir”.
AzVision.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan CHP rəsmisi Özgür Özəlin onun haqqında söylədiyi fikirlərə münasibət bildirərkən deyib.

Ərdoğan CHP lideri Kamal Kılıçdaroğluna səslənərək bildirib ki, əgər onun haqqında deyilənləri sübut etməsələr, namussuz, alçaqdırlar.

“Bunu bu günə qədər çox söyləmisən. Dəfələrlə məhkəmə qərarı ilə sübut etmişik. İndi isə deyirəm, Kılıçdaroğlu, sənin adamın bu dediklərini sübut etməsə, alçaq və namussuzsunuz. Bu ölkədə 15 ildə 260 min dərslik nəşr edilib. Universitetlərimizin sayı 75-dən 184-ə qədər artıbsa, 25 hava limanı 55 olubsa, bu atdığımız addımlarla bağlıdır. Bu yollardan, bu hava limanlarından sən də istifadə edirsən, bunları görmürsənmi?”

Aytən Zəhra
AzVision.az


Teqlər: Türkiyə   Ərdoğan   CHP   Kılıçdaroğlu  





Xəbər lenti