Pakistanda 2 partlayışda 37 nəfər ölüb

Pakistanda 2 partlayışda 37 nəfər ölüb
  24 İyun 2017    Oxunub:1376
Pakistanın şimal-qərbində bazarda baş verən 2 partlayış nəticəsində ölənlərin sayı 37 nəfərə çatıb.
AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, yaralıların sayının 150 nəfərdən çox olduğu bildirilir.

Partlayışlar Paraçinar şəhərinin ticarət rayonunda yerli sakinlərin Ramazan bayramı ilə əlaqədar bazarlıq etdikləri zaman baş verib.

Pakistanın baş naziri Nəvaz Şərif terror aktlarını pisləyib. Bildirib ki, bütün ölkədə təhlükəsizlik tədbirləri gücləndirilməli, əhali ayıq-sayıq olmalıdır.

Partlayışlara görə məsuliyyəti hələ ki heç bir qruplaşma öz üzərinə götürməyib.

AzVision.az


Teqlər: Pakistan   Terror  





Xəbər lenti