Erməni hərbçilər qəzaya düşdü - 12 yaralı (FOTOLAR+YENİLƏNİB)

Erməni hərbçilər qəzaya düşdü - 12 yaralı (FOTOLAR+YENİLƏNİB)
  24 İyun 2017    Oxunub:15604
Yaralı erməni hərbçilərdən 8-i İrəvana aparılıb. Onlardan ikisinin vəziyyəti kritikdir.
AzVision.az xəbər verir ki, bu barədə Ermənistanın Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan bildirib.

"İrəvana 8 hərbi qulluqçu köçürülüb. Onlardan ikisinin vəziyyəti orta ağırdır, birinin döş qəfəsinin sınıqları var. Digərlərinin vəziyyəti qənaətbəxşdir."- deyə nazirlik rəsmisi "Facebook" səhifəsində yazıb.

***

Qəzada yaralanan erməni hərbçilərdən birinin döş qəfəsinin sümükləri sınıb. Onu İrəvana aparırlar.

AzVision.az xəbər verir ki, bu barədə Ermənistan Silahlı Qüvvələrinin Hərbi Tibb İdarəsinin rəisi Kamavor Xaçatryan bildirib.

O, qəzaya düşən 2 hərbçi haqqında məlumatlı olduğunu deyib: "Ad və soyadları açıqlanmayıb. Onlardan birinin ayağı sınıb. Digərinin döş qəfəsinin sümükləri sınıb".

Yaralı erməni hərbçlər Vardenis hospitalına yerləşdirilib.

***

Bu gün səhər saatlarında Ermənistanın Qeğarkunik vilayətində ağır yol qəzası baş verib.

AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, 06:30 radələrində Daranik kəndi ərazisində Ermənistanın Müdafiə Nazirliyinə məxsus avtobus aşıb.

Nazirliyin mətbuat katibi Artsrun Ovannisyan bildirib ki, qəza nəticəsində müqaviləli xidmət edən 12 hərbçi xəsarət alıb. Yaralılar hospitala köçürülüb. Onlardan 7-sinin vəziyyəti ağırdır.

Qəza baş verən zaman avtobusda 30 hərbçi olub. Məlumata görə, qəzaya mal-qaranın yola çıxması səbəb olub.

Ermənistanın Hərbi Polisi faktla bağlı araşdırma aparır.







Şahin Qocayev
AzVision.az


Teqlər: Ermənistan   Qəza  





Xəbər lenti