ABŞ senatı Suriyaya müdaxiləni təsdiqlədi

ABŞ senatı Suriyaya müdaxiləni təsdiqlədi
  05 Sentyabr 2013    Oxunub:984
ABŞ senatı Suriyaya hərbi əməliyyatı dəstəkləyib.
ABŞ senatının xarici əlaqələr üzrə komitəsi Suriyaya kimyəvi silahdan istifadəyə cavab olaraq hərbi müdaxilə barədə səsvermə keçirib. AzVision.az BBC-yə istinadən xəbər verir ki, sənədə 10 nəfər lehinə və 7 nəfər əleyhinə səs verib, bir nəfər isə bitərəf qalıb. Növbəti həftə sənəd Konqresin yuxarı palatasında səsverməyə çıxarılacaq. Sənədə əsasən Suriyaya hərbi müdaxilə 60 gün ərzində baş tuta bilər, ehtiyac olduqda isə həmin müddət daha 30 gün uzadıla bilər.

Qeyd edək ki, ABŞ prezidenti Barak Obama dövlət quruculuğunun demokratik prinsiplərini əsas gətirərək Konqresin qətnaməsi olmadan Suriyaya hərbi müdaxiləni dayandırmışdı.

AzVision.az


Teqlər:





Xəbər lenti