Ərdoğan bayram namazında huşunu itirdi
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ərdoğan ibadət üçün gəldiyi Memar Sənan məscidində huşunu itirib.
Bayram namazından sonra jurnalistlərə açıqlama verən Türkiyə prezidenti hazırda səhhətinin normal olduğunu deyib:
“Bu gün şəkərlə əlaqədar təzyiq problemi yaşadım. Çox şükür ki, qısa vaxtda səhhətim normallaşdı. Hazırda özümü çox yaxşı hiss edirəm”.
AzVision.az