Pakistanda yanğın nəticəsinə 148 nəfər ölüb - (Yenilənib)

Pakistanda yanğın nəticəsinə 148 nəfər ölüb - (Yenilənib)
  25 İyun 2017    Oxunub:2785
Pakistanın şərqində yanacaq daşıyan maşının aşması nəticəsində həlak olanların sayı 148-ə çatıb.
Yerli mətbuatın verdiyi məlumata görə, Pəncab əyalətində baş verən qəzada 50-dək adamın yaralandığı bildirilir.

Yerli əhali aşan avtomaşındakı yanacağı toplamağa başlayıb. Sonra gözlənilmədən partlayış baş verib. Nəticədə onlarla maşın və 75 motosiklet yanıb. Yanğını bir neçə saatdan sonra söndürmək mümkün olub.

***

Pakistanın şərqində benzin çənində baş verən yanğını nəticəsində ən azı 140 nəfər ölüb.

***
(10:30)

Pakistanın Pəncab əyalətində neft tankerində baş verən yanğın zamanı 123 nəfər ölüb.

AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində 40 nəfər yaralanıb. Ölənlərin sayının artacağı istisna edilmir.

Yanğının səbəbi barədə məlumat verilməyib.

AzVision.az


Teqlər: Pakistan   Yanğın   Tanker  





Xəbər lenti