Ərdoğandan ABŞ-a FETÖ xəbərdarlığı
Türkiyə prezidenti deyib ki, terrorçularla hərəkət edənlərin Türkiyə ilə bir cərgədə ola bilməyəcəyini bilməlisiniz: “Türkiyədə dövlət çevrilişinə cəhd edən bir terror təşkilatının rəhbərini torpaqlarında saxlamaqla da münasibətlərə ziyan vururlar. ABŞ Fətullahçı Terror Təşkilatının liderini bizə niyə vermir? Bunu da anlamağınız lazımdır”.
Türkiyə prezidenti PKK və Fətullahçı Terror Təşkilatının (FETÖ) üzvlərinə sığınacaq verən Avropa ölkələrinin də yanlış yolda olduğunu vurğulayıb. (APA)
AzVision.az
Teqlər: Türkiyə Ərdoğan FETÖ PKK