Rəsul Quliyev İbrahimbəyovu Cəmil Həsənliyə satdı

Rəsul Quliyev İbrahimbəyovu Cəmil Həsənliyə satdı
  05 Sentyabr 2013    Oxunub:992
Açıq Cəmiyyət Partiyasının (ACP) lideri, sabiq spiker Rəsul Quliyev mövqeyində dəyişiklik edib.

ACP lideri indi də Cəmil Həsənlini dəstəklədiyini açıqlayıb.

“Mənim seçkilərlə əlaqədar söylədiyim fikirlər obyektiv analizin nəticəsidir. Milli Şuranın namizədi Cəmil Həsənliyə gəlincə, biz hamımız onun namizədliyini dəstəkləyəcəyik. Sözsüz, vaxtı gələndə xalqa müraciət də edəcəyəm”-deyə o, bəyan edib.

Qeyd edək ki, R.Quliyevin əvvəlki mövqeyi Cəmil Həsənliyə qarşı idi. O, C.Həsənlinin seçkilərdə 0,2-0,3 faiz səs toplayacağını belə proqnozlaşdırırdı. Hətta Milli Şuraya “oktyabrın 10-da mənim haqlı olduğumu görəcəksiniz” mesajını da vermişdi. Məlumatlara görə, ACP liderinin mövqeyini dəyişməsi müxalif düşərgəsindəki son hadisələrin təsirindən irəli gəlir. ACP-də problemlərin yaşanması, eləcə də, Milli Şurada Cəmil Həsənli tərəfdarlarının üstünlük qazanması onun yumşalmasına təsir edən amillər sırasındadır.

AzVision.az


Teqlər:  





Xəbər lenti