ABŞ prezidenti 20 illik ənənəni pozdu - İftar vermədi

  26 İyun 2017    Oxunub : 2345
ABŞ prezidenti 20 illik ənənəni pozdu - İftar vermədi
ABŞ prezidenti Donald Tramp 20 ildir Ağ Sarayda təşkil edilən iftar mərasimini bu il təxirə salıb. AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ-ın dövlət katibi Reks Tillerson iftar mərasiminin təşkil olunması ilə bağlı təklifi rədd edib.
İlk dəfə ABŞ prezidenti Bill Klintonun ev sahibliyi etdiyi iftar süfrəsində müsəlman liderlər, deputatlar və diplomatlar iştirak edib.

Qeyd edək ki, Donald Tramp Ramazan bayramı ilə bağlı açıqlamasında deyib:

“Amerika xalqı adına Melaniya və mən Ramazan bayramını qeyd edən müsəlmanları salamlayırıq. ABŞ-dakı müsəlmanlar dünyanın digər yerlərindəki müsəlmanlar kimi bu müqəddəs Ramazan ayında inanc və xeyirxahlıqlarını yerinə yetirirlər. Bu bayramda xeyirxahlıq, şəfqət və xoş niyyətin əhəmiyyətini xatırlayırıq. Dünyadakı bütün müsəlmanlarla birlikdə ABŞ bu dəyərlərə bağlılığını təzələyir. Bayramınız mübarək olsun”.

Qeyd edək ki, Ağ evdə ilk iftar süfrəsi prezident Tomas Ceferson tərəfindən 1805-ci ildə tunisli heyət üçün açılıb.

AzVision.az

Teqlər: ABŞ   DOnaldTramp   Ramazanbayramı