Məşhur rəssamın qəbri açılacaq

Məşhur rəssamın qəbri açılacaq
  27 İyun 2017    Oxunub:1545
Madrid məhkəməsi Maria Pilar Abel Martinezin iddiasına əsasən atalığın müəyyənləşdirilməsi ilə əlaqədar məşhur rəssam Salvador Dalinin meyitinin qalıqlarının eksqumasiyası barədə qərar verib.
"Anadolu" agentliyinin məlumatına görə, Maria Pilar Abel Martinez Salvador Dalinin qızı olduğunu iddia edir.

Məhkəmə iddiaya əsasən atalıqla bağlı bioloji testin keçirilməsinə qərar verib.

Qeyd edək ki, 1904-1989-cu illərdə yaşayan S.Dali sürrealizm cərəyanının məşhur nümayəndələrindən biridir. O, yüzlərlə rəsm əsəri, kitablar üçün illüstrasiyaların, heykəllərin müəllifidir.

AzVision.az


Teqlər:





Xəbər lenti