“Mən Putinin fanatıyam” - Maradona

“Mən Putinin fanatıyam” - Maradona
  27 İyun 2017    Oxunub:2565
Əfsanəvi argentinalı futbolçu Dieqo Maradona özünü Rusiya prezidenti Vladimir Putinin fanatı adlandırıb.
AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, Maradonanın sözlərinə Putinə ona zəng edib.

“O mənə zəng edib və Rusiyada keçiriləcək 2018-ci il dünya çempionatı üçün nəsə etməyimi istəyib. Mən Putinin fanatıyam və xahişə sevə-sevə cavab verəcəyəm. Prezidentlə şəxsi görüşdə məsələni müzakirə etmək vacibdir”-deyə Maradona qeyd edib.

Xatırladaq ki, Rusiyada futbol üzrə dünya çempionatının final mərhələsi 2018-ci ilin iyun ayının 14-dən iyul ayının 15-nə qədər keçiriləcək.

AzVision.az


Teqlər: Maradona   Putin  





Xəbər lenti