Qətərin xarici işlər naziri ABŞ-a gedir

Qətərin xarici işlər naziri ABŞ-a gedir
  27 İyun 2017    Oxunub:1250
Qətərin xarici işlər naziri Məhəmməd bin Əbdürrəhman Əl-Təni bu həftə Vaşinqtona səfər edəcək.
AzVision.az xəbər verir ki, bu barədə RİA Novosti-yə Qətərin ABŞ-dakı səfirliyindən bildirilib.

Xatırladaq ki, Səudiyyə Ərəbistanı, Bəhreyn və BƏƏ, həmçinin Misir Qətəri terror təşkilatlarına və onların bu ərəb ölkələrində daxili vəziyyəti gərginləşdirmək üzrə fəaliyyətlərinə dəstək verməkdə ittiham edərək rəsmi Doha ilə diplomatik əlaqələri kəsdiklərini bəyan ediblər.

Daha sonra digər ölkələr Qətərlə münasibətləri dayandırdığını və ya azaltdığını bildirib.

AzVision.az


Teqlər: ABŞ   Qətər  





Xəbər lenti