Türkiyədə 5 kamikadze tutulub

Türkiyədə 5 kamikadze tutulub
  27 İyun 2017    Oxunub:1463
Türkiyənin təhlükəsizlik qüvvələri ölkənin Hatay bölgəsində 5 terrorçu-kamikadzeni yaxalayıblar.
Onlardan silah-sursat, o cümlədən kamikadzelərin istifadə etdikləri partlayıcı kəmər götürülüb.

Baş nazir Binəli Yıldırım ictimaiyyət qarşısında çıxışında deyib ki, ələ keçən kamikadzelər Ramazan bayramı günlərində ölkədə terror aktı törətmək niyyətində olublar. İkisi Türkiyə, üçü Suriya vətəndaşı olan terrorçular İŞİD qruplaşmasının üzvləridir.

AzVision.az


Teqlər: Türkiyə   Kamikadze  





Xəbər lenti