“Google” 2,42 milyard cərimələnib

“Google” 2,42 milyard cərimələnib
  27 İyun 2017    Oxunub:1329
Avropa Komissiyası “Google” şirkətini 2,42 milyard avro məbləğində cərimələyib.
Buna səbəb şirkətin rəqabət qaydalarını pozmasıdır. Bildirilir ki, şirkət axtarış sistemindəki üstünlüyündən sui-istifadə edərək onlayn alış-verişlə bağlı müraciət ünvanlayan istifadəçiyə əvvəlcə özünün “Google Shopping” xidmətini təqdim edib.

Qeyd edək ki, bu, Avropa Komissiyasının kəsdiyi ən böyükməbləğli cərimədir. Bundan əvvəl komissiya 2009-cu ildə ABŞ-ın nəhəng kompüter çipi istehsalçısı “İntel”i 1,06 milyard dollar məbləğində cərimə etmişdi.

AzVision.az


Teqlər: Google   Cərimə  





Xəbər lenti