Səfirimiz etimadnaməsini təqdim edib

Səfirimiz etimadnaməsini təqdim edib
  27 İyun 2017    Oxunub:1199
İyunun 26-da Azərbaycan Respublikasının Braziliyada Federativ Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Elxan Poluxov etimadnaməsini bu ölkənin Prezidenti Mişel Temerə təqdim edib.
Ölkəmizin Braziliyadakı səfirliyindən AzVision.az-a verilən məlumata görə, sonra keçirilən görüşdə səfir Elxan Poluxov Azərbaycan Prezidenti İlham Əliyevin səmimi salamlarını Braziliya dövlətinin başçısına çatdırıb. Tərəflər Azərbaycan ilə Braziliya arasındakı yaxın dostluq münasibətlərini müzakirə ediblər.

Sonda xatirə şəkli çəkdirilib.

AzVision.az


Teqlər: Elxan-Poluxov  





Xəbər lenti