Erməni müxalifətçiyə 3,5 il həbs cəzası verildi

Erməni müxalifətçiyə 3,5 il həbs cəzası verildi
  28 İyun 2017    Oxunub:1145
İrəvandakı kütləvi iğtişaşlarda ittiham edilən Ararat Xandoyan 3,5 il azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.
"Novosti Armeniya" xəbər verir ki, bu barədə İrəvanın ümumi yurisdiksiyasında olan Kentron və Nork-Maraş rayonlarının məhkəməsi qərar verib.

Ararat Xandoyan məhkəmənin qərarını alqışlarlarla və gülüşlə qarşılayıb. Məhkəmə zalında olanlar isə "biabırçılıq" deyə qışqırıblar.

İttihamnaməyə əsasən, "Sasna tsrer" qrupunun üzvü Araik Xandoyanın qardaşı Ararat Xandoyan ötən ilin 20 iyulunda kütləvi iğtişaşlarda polislərə zorakılıq tətbiq edib və onların qalxanını almağa çalışıb.

AzVision.az


Teqlər: Ermənistan   İrəvan  





Xəbər lenti