“Facebook” istifadəçilərinin sayı açıqlandı

“Facebook” istifadəçilərinin sayı açıqlandı
  28 İyun 2017    Oxunub:2139
"Facebook" sosial şəbəkəsinin istifadəçilərinin sayı 2 milyard nəfəri ötüb.
AzVision.az xəbər verir ki, bu barədə "Facebook"un yaradıcısı Mark Zukerberq bildirib.

Bununla da “Facebook” ən çox istifadəçisi olan sosial şəbəkəyə çevrilib. Hazırda “Facebook”un dünyanın 50-yə yaxın şəhərində 18 min nəfərdən çox işçisi var.

“Forbes” nəşrinin son hesabatına görə, “Facebook”un 33 yaşlı rəhbəri Mark Zukerberq cəmi 13 il ərzində dünyanın ən varlı 5 insanından birinə çevrilib.

AzVision.az


Teqlər: Facebook   Zukerberq  





Xəbər lenti