ABŞ və Argentinada zəlzələ olub

ABŞ və Argentinada zəlzələ olub
  28 İyun 2017    Oxunub:892
ABŞ-ın Kaliforniya ştatında 3,9 bal gücündə zəlzələ baş verib.
AzVision.az-ın "Associated Press"ə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri Traki şəhərindən 17 kilometr aralıda, ocağı isə 1.2 kilometr dərinlikdə yerləşib.

Argentinanın Katamarka əyalətində də 4,6 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanların episentri Poman bələdiyyəsindən 53 kilometr şimal-qərbdə, ocağı isə 151.7 kilometr dərinlikdə yerləşib.

Zəlzələlər nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.

AzVision.az


Teqlər: Zəlzələ   ABŞ  





Xəbər lenti