Helikopter Ali Məhkəməyə hücum etdi

Helikopter Ali Məhkəməyə hücum etdi
  28 İyun 2017    Oxunub:1741
Venesuelada paytaxt Karakas şəhəri üzərində uçan polis helikopterinin pilotu əhalini hökumətə qarşı çıxış etməyə çağırıb.
AzVision.az xəbər verir ki, bu barədə Venesuelanın rabitə və informasiya naziri Ernesto Vilyeqas bildirib. Onun sözlərinə görə, daha sonra o, Ali Məhkəmənin binasına hücum edib.

Məlumatı Venesuela prezidenti Nikolas Maduro təsdiqləyib. Maduro deyib ki, helikopterdə olanlardan biri ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi ilə təmasda olan sabiq DİN rəhbəri Rodriqes Torresin pilotu olub.

Venesuela lideri bildirib ki, məhkəmə binasına helikopterdən iki mərmi atılıb. Maduro bəyən edib ki, həmin vaxt binada insanlar olub. "Bu yüzlərlə insanın xəsarət alması ilə nəticələnə bilərdi", - o, bildirib.

AzVision.az


Teqlər: Venesuela  





Xəbər lenti