Müdafiə naziri istefa verməyəcək

Müdafiə naziri istefa verməyəcək
  28 İyun 2017    Oxunub:1325
Yaponiyanın müdafiə naziri xanım Tomomi İnada bir gün əvvəl ordunun adından seçicilərə etdiyi müraciətə görə istefa vermək niyyətində deyil.
AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, mövzu ilə əlaqədar sualı cavablandıran nazirin sözlərini sitat gətirən Kyodo agentliyi yazır: “Mən artıq sözümü dünən demişəm”.

Qeyd edək ki, iyunun 27-də axşam T.İnada hərbi qulluqçuların və Müdafiə Nazirliyinin adından Tokio assambleyasına hakim Liberal Demokratik Partiyanın (LDP) namizədini dəstəkləmək barədə bir neçə saat əvvəl səsləndiridiyi fikirlərə görə üzr istəyərək bu sözlərindən imtina etdiyini deyib. Bundan sonra o, öz vəzifəsində işini davam etdirmək niyyətində olduğunu bildirib.

AzVision.az


Teqlər: Yaponiya  





Xəbər lenti