Sərdar Cəlaloğlu Rauf Arifoğluna qahmar çıxdı

Sərdar Cəlaloğlu Rauf Arifoğluna qahmar çıxdı
  05 Sentyabr 2013    Oxunub:1016
`Milli Şura Cəmil Həsənlidən ibarət deyil, əksinə, Milli Şura Rüstəm İbrahimbəyov faktoru ilə bağlıdır. Əvvəllər hamı Rüstəm İbrahimbəyovun ətrafında birləşmişdi, amma üfüqi birlik yox idi. Rüstəm İbrahimbəyovu müdafiə edən qüvvələr heç bir məsələdə bir-biri ilə razılaşmırdılar`.

Bu sözləri Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu Yeni Müsavat qəzetinin baş redaktoru Rauf Arifoğlunun El hərəkatını qaranlıq bir layihə adlandırmasına münasibət bildirərkən deyib. S. Cəlaloğlu AzVision.az-a açıqlamasında Rauf Arifoğluna haqq qazandırıb :

`Milli Şurada Rüstəm İbrahimbəyov faktoru meydana çıxandan sonra problemlər daha da qabardı. Əvvələr Rauf Arifoğlu qədər Milli Şuranı müdafiə edən ikinci bir qəzet yox idi. Sonra başa düşdü ki, artıq Milli Şuranın qalması ümumi işin ziyanınadır. Müsavat qəzetinin mövqeyi çox obyektivdir. Bu gün Milli Şura adı altında İctimai Palata seçkilərdə iştirak edir. Ona görə də yaxşı olardı ki, Milli Şura buraxılsın, İctimai Palata da öz işini görsün. Belə deyək ki, İctimai Palata seçkilərdə iştirak edir, amma ad Milli Şuranın olacaq. Milli Şuraya daxil olan Liberal, Klassik, El hərəkatı seçkidə, imzatoplamada iştirak etmir. Sözdə Milli Şura, Cəmil Həsənli deyirlər, amma əməli işdə bir imza toplamırlar. Rauf Arifoğlu tamamilə haqlıdr`.

Qeyd edək ki, Yeni Müsavat qəzetinin baş redaktoru Rauf Arifoğlu mətbuata açıqlamasında bildirib ki, `EL` hərəkatı gündəmə gəldiyi gündən Azərbaycan müxalifəti iflic vəziyyətdədir.

`El hərəkatı kimin olduğu bəlli olmayan qaranlıq bir layihədir. Hərəkatın üzvüləri öz aralarında didişirlər, çəkişirlər. Liderləri isə artıq qopmuş vəziyyətdədirlər. Onlar siyasətə gələn gündən Azərbaycan müxalifətində bir iflic tənəzzül prosesi başlayıb. Bu gün Milli Şuranın da, müxalifətin birliyinin də ayağından çəkən El hərəkatı , Eldəniz Quliyev və onların bəyanatlarıdır`

Şahanə Rəhimli


Teqlər:  





Xəbər lenti