İrəvan Rusiyanın Azərbaycana silah satmasından narahatdır

İrəvan Rusiyanın Azərbaycana silah satmasından narahatdır
  28 İyun 2017    Oxunub:2206
Ermənistan Rusiyanın Azərbaycana müasir hərbi texnika satmasına görə ciddi narahatdır.
AzVision.az-ın “news.am” saytına istinadən verdiyi məlumata görə, Ermənistanın müdafiə naziri Vigen Sarkisyan keçirdiyi mətbuat konfransında deyib ki, rəsmi İrəvanın bu məsələ ilə bağlı baxışı dəyişməzdir: “Biz buna mənfi yanaşırıq”.

Ermənistan-Rusiya əməkdaşlığına toxunan nazir Rusiyadan silahı bu ölkənin daxili bazar qiymətləri əsasında aldıqlarını bildirib.

Qeyd edək ki, iyunun 24-də Azərbaycan Müdafiə Nazirliyi Azərbaycan-Rusiya hökumətlərarası razılaşmaya əsasən ölkəmizə müasir hərbi texnikanın çatdırıldığını açıqlayıb. Bakı limanına gətirilən silah yaxın vaxtlarda cəbhə zonasına göndəriləcək.

Bu silah Azərbaycan Silahlı Qüvvələrinin ön xətt bölmələrinin düşmənin zirehli texnikası, mühəndis-istehkam qurğuları, kiçik sürətli hava hədəfləri, canlı qüvvəsi və digər hərbi obyektlərini vurmaq üçün döyüş və manevr imkanlarını artıracaq.

AzVision.az


Teqlər: Azərbaycan   Rusiya   Ermənistan   silah  





Xəbər lenti