“Petya” 2 mindən çox istifadəçini ziyana salıb

“Petya” 2 mindən çox istifadəçini ziyana salıb
  28 İyun 2017    Oxunub:1652
“Petya” virusuna yoluxma kiber hücümdan artıq 2 mindən çox istifadəçi ziyan çəkib.
AzVision.az-ın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə məlumatı “Kasperski laboratoriyası” yayıb.

Qeyd olunub ki, hücumdan ən çox Rusiya və Ukrayna ziyan çəkib. Hücuma daha çox neft, enerji, telekommunikasiya, əczaçılıq şirkətlərinin, həmçinin dövlət orqanlarının kompüterləri məruz qalıb.

Kompüterin blokdan çıxarılması üçün virus proqramı istifadəçidən 300 dolların ödənilməsini tələb edir.

AzVision.az



Teqlər: virus  





Xəbər lenti