Nərimanovun ev muzeyinin açılışı olub
Qeyd olunub ki, Nərimanovun fəaliyyət sahəsi çox genişdir, o, ictimai-siyasi, jurnalistika və tibb sahəsində fəaliyyət göstərib. Ev muzeyinin bərpası zamanı Tbilisidə böyüyüb boya-başa çatmış ictimai-siyasi xadimin fəaliyyətinin öyrənilməsi məqsədi ilə bir çox tarixi arxiv materiallarına müraciət edilib. Bu isə bərpa zamanı maksimal dərəcədə dəqiqlik nümayiş etdirməyə kömək göstərir.
Yenidənqurulmuş iki mərtəbəli, 248 kvadratmetrlik bina 6 ekspozisiyalı otaqdan ibarətdir. Layihə SOCAR-ın Gürcüstan nümayəndəliyinin dəstəyi ilə həyata keçirilib.
Muzeyin qonaqları müasir interaktiv ekran vasitəsi ilə Nəriman Nərimanov haqqında məlumatları əldə edə bilərlər. Binanın həyətində qurulmuş mərmər büstün müəllifi heykəltəraş Novruz Musayevdir. N.Nərimanovun Tbilisidəki ev muzeyinin yenidən qurulması Azərbaycan və gürcü xalqlarının ortaq tarixi və mədəni əlaqələrinin tərənnümüdür.
AzVision.az
Teqlər: Nəriman-Nərimanov