Ermənistanda siyasi məhbuslara işgəncə verilir

Ermənistanda siyasi məhbuslara işgəncə verilir
  29 İyun 2017    Oxunub:1746
Ermənistanın Ombudsman aparatına siyasi məhbuslar Arayik Xandoyan, Areq Kyureğyan, Mxitar Avedisyan, Smbat Barseğyan və Qaqik Yeğiazaryanın işgəncələrə məruz qalması ilə bağlı məlumatlar daxil olub.
AzVision.az xəbər verir ki, bu barədə siyasi məhbusların vəkilləri bəyanatla çıxış ediblər.

Onlar hesab edirlər ki, hüquqlarını müdafiə etdikləri şəxslər Ermənistan hakimiyyəti tərəfindən təzyiqlərə və işgəncələrə məruz qalır.

Xatırladaq ki, adları sadalanan siyasi məhbuslar 17 iyul hadisələri ilə əlaqədar həbs ediliblər.

Şahin Qocayev
AzVision.az




Teqlər: Ermənistan   Məhbus  





Xəbər lenti