Putin Türkmənbaşını mükafatlandırıb

Putin Türkmənbaşını mükafatlandırıb
  29 İyun 2017    Oxunub:1189
Rusiya prezidenti Vladimir Putin Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədovu "Aleksandr Nevski" ordeni ilə mükafatlandırıb.
AzVision.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

“Rusiya Federasiyası ilə Türkmənistanın strateji əlaqələrinin genişləndirilməsi, həmçinin Mərkəzi Asiya regionunda sabitlik və təhlükəsizliyin qorunması üçün verdiyi böyük töhfəyə görə Berdiməhəmmədov "Aleksandr Nevski" ordeni ilə mükafatlandırılıb”, - deyə sənəddə bildirilib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Putin   Türkmənbaşı  





Xəbər lenti