Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən AzVision.az-a verilən məlumata görə, həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 145.2.4, 145.2.5, 145.2.6, 170.3 və 181.3.2 maddələri ilə təqsirləndirilən şəxs qismində saxlanılan Əliağa Rza oğlu Mirzəyevə vətəndaş Ümid İrac oğlu Nəsrullayevin gətirdiyi sovqata baxış keçirilərkən içi yeməklə dolu alüminium qazanın dibindəki gizli saxlanc yerindən daxilində danışıq kartları olmayan 4(dörd) ədəd “Nokia” markalı mobil telefon aparatları, 1(bir) ədəd “Samsunq” markalı mobil telefon aparatı, 2(iki) ədəd “Cin” danışıq kartı, 1(bir) ədəd “Sim” danışıq kartı və 3(üç) ədəd elektrik qidalandırıcısı aşkar olunaraq götürülüb.
Fakt üzrə araşdırma aparılır.
Mirvari