“Kasperski”nin qadağan olunması tələb edilir

“Kasperski”nin qadağan olunması tələb edilir
  29 İyun 2017    Oxunub:1468
ABŞ senatı Rusiyaya məxsus antivirusdan hərbi məqsədlər üçün istifadənin qadağan olunmasını tələb edib.
Silahlı qüvvələr üzrə komitənin məlumatına görə, “Kasperski Laboratoriyası” kompaniyasının proqram təminatı Rusiya hökumətinə Amerikanın hərbi qurumunun işinə müdaxilə etməyə imkan verir.

Qeyd edək ki, bu tələb Federal Təhqiqatlar Bürosunun agentləri tərəfindən “Kasperski Laboratoriyası” kompaniyasının ABŞ-da yaşayan 10 əməkdaşının evlərinə baxış keçirildikdən sonra irəli sürülüb. Agentlər kompaniyanın Rusiyaya hansı informasiyaları ötürdüyünü araşdırır.

AzVision.az


Teqlər:





Xəbər lenti