Qazımız kəsiləcək

Qazımız kəsiləcək
  05 Sentyabr 2013    Oxunub:1063
Bakının Nərimanov, Binəqədi və Xəzər rayonlarının, həmçinin Şirvan şəhərinin təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

“Azəriqaz” İstehsalat Birliyindən AzVision.az-a verilən məlumata görə, təmir işləri ilə əlaqədar bu gün sentyabrın 5-də saat 14:00-dan 17:00-dək “Əzizbəyov” Qaztənzimləyici Məntəqəsi, “Nərimanov” ölçü qovşağından qidalanan “Kondisioner”, “Binəqədi 11 saylı İƏM” və “Ayna Sultanova” ölçü qovşaqları, saat 14:00-dək “Albalılıq” Qazpaylayıcı Stansiyası və saat 14:00-dək “Şirvan” QPS-dən qidalanan “Hacıqəhrəmanlı” və “Şirvan sənaye“ ölçü qovşaqlarından qaz təchizatı dayandırılacaq.

Təmir işləri aparılan müddətdə Nərimanov və Binəqədi rayonlarının Dərnəgül şosesi ətrafı əraziləri, Xəzər rayonunun Albalılıq qəsəbəsi, Buzovna qəsəbəsinin bir hissəsi, Binə “Atçılıq” yaşayış massivi və Şirvanın Hacıqəhrəmanlı qəsəbəsinə təbii qazın verilməsində fasilələr yaranacaq.


Teqlər:





Xəbər lenti