18 yaşlı oğlan qız üstündə adam öldürdü
Bildirilir ki, Teymur bir müddət əvvəl Sumqayıtda bir qızla tanış olaraq onunla yazışmağa başlayıb. Bu günlərdə qız Teymura keçmiş sevgilisinin onu narahat etdiyini deyib. Bundan sonra Teymur qızın keçmiş sevgilisi olan Taleh Babazadəni axtarıb və onu söhbətə çağırıb. Məlum cinayət də həmin söhbət zamanı baş verib. Teymur Sadıqov hadisədən sonra doğulduğu Gədəbəy rayonuna getməyə çalışsa da, Şəmkir ərazisində tutulub.
Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda cinayət işi açılıb, araşdırmalar davam etdirilir. (Lent.az)
AzVision.az