YAP-ın 10 mindən çox müşahidəçisi qeydə alındı
Yeni Azərbaycan Partiyasından AzVision.az-a verilən məlumata görə, Partiya Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq bu il oktyabr ayının 9-da keçiriləcək Azərbaycan Respublikası Prezidentinin seçkilərini müşahidə etmək üçün ölkənin bütün ərazisi üzrə müşahidə aparacaq 300-dən yuxarı nümayəndəsini MSK-ya təqdim edib və onlar bu qurum tərəfindən müvafiq lövhəciklə təmin ediliblər.
Həmçinin, YAP tərəfindən 125 seçki dairəsinin hər birinə bir nəfər müşahidəçi və bir nəfər məşvərətçi səs hüquqlu üzv təyin edilmiş və onlar da dairə seçki komissiyaları tərəfindən lövhəciklərlə təmin ediliblər.
Bundan əlavə, Seçki Məcəlləsinə uyğun olaraq YAP tərəfindən 5273 seçki məntəqəsinin hər birinə 5273 nəfər məşvərətçi səs hüquqlu və 5273 nəfər müşahidəçi təyin edilib və onlar dairə seçki komissiyaları tərəfindən qanunvericiliyə uyğun olaraq müvafiq sənədlərlə təmin olunublar.