Valideyn himayəsindən məhrum 3 tələbə BDU-da pulsuz oxuyacaq

  05 Sentyabr 2013    Oxunub : 630
Valideyn himayəsindən məhrum 3 tələbə BDU-da pulsuz oxuyacaq
Valideyn himayəsindən məhrum olan tələbələr təhsil haqlarından azad edilməklə yanaşı, universitetdən təqaüd də alacaqlar

2013/2014-cü il tədris ilində Bakı Dövlət Universitetinə (BDU) qəbul olan və valideyn himayəsindən məhrum olan 3 tələbə ödəniş haqqından azad edilib. AzVision.az-a bu barədə BDU rektorunun iqtisadi məsələlər üzrə köməkçisi Məzahir Sultanov məlumat verib. Onun sözlərinə görə, bu il universitetə daxil olan 3 nəfər təhsil haqlarından azad ediliblər.

“Onlar bizə müraciət edəndə qanunda olan digər bəndlərdən məlumatlı deyildilər. Qanunda var ki, onlara təqaüddə ödənilsin. Bu 50 manat civarındadır. Bunu öyrəndikdən sonra çox sevindilər. Həmin tələbələrdən biri də ekologiya, biri də kimya fakültəsində təhsil alacaqlar”

Qeyd edək ki, Milli Məclisin yaz sessiyasında “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” qanun layihəsi qəbul edildi və Prezident İlham Əliyev həmin qanun layihəsini imzalayıb.

Sevinc İLTİFATQIZI

Teqlər: